Rusiya -Ukrayna müharibəsi yeni kritik vəziyyətə gətirilməkdədir...

Belə ki, bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ərazilərində hərbi vəziyyətin tətbiqi barədə qərar qəbul etdiyini açıqlayıb. Tezadlar.az "Ukrainskaya pravda" ya istinadla bildirir ki,  Vladimir Putin bu gün oktyabrın 19-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında belə bir bəyanatla çıxış edib. Bu barədə rəsmi Kremlin saytında daş məlumat yer alıb. Sitat: "Rusiya Federasiyasının bu dörd subyektində hərbi vəziyyətin tətbiqi ilə bağlı fərman imzalamışam və bu sənəd dərhal Federasiya Şurasına təsdiq üçün göndəriləcək. Qərar barədə Dövlət Dumasına da məlumat verilib".
Tezadlar.az bir daha xatırladır ki, Vladimir Putin bu günkü bəyanatında Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya qatılmamışdan əvvəl hərbi vəziyyət rejiminin mövcud olduğunu və “indi bu rejimi artıq Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirmək lazım olduğunu” bildirib. Kremlin saytında Putinin müvafiq fərmanı dərhal dərc olunub.

Ukraynanın siyasi və hərbi rəhbərliyi isə bu addımı pisləyib və beynəlxalq qurumları, eləcə də Avropa dövlətlərini, həmçinin ABŞ-I BU MƏSƏLƏDƏ Ukraynanı dəstəkləməyi, Rusiyaya qarşı sanksiyaları artırmağı xahiş edib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN