İranın bölgədə fəallaşması fonunda ABŞ-ın 45-ci prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahından Federal Təhqiqatlar Bürosu tərəfindən ələ keçirilən məxfi sənədlərin bir hissəsinin İran və Çinlə bağlı məxfi kəşfiyyat məlumatları olduğu ortaya çıxıb...

Tezadlar.az  “The Washington Post”a istinadla bildirir ki,  FTB tərəfindən ələ keçirilən sənədlərin birində İranın raket proqramı təsvir edilir. Mənbə qeyd edir ki, bu sənədlərdə yer alan məlumatların icazəsiz açıqlanması çoxsaylı risklər yaradacaq: ABŞ kəşfiyyatı məlumatlandırıcıları təhdidlə üzləşə və məlumat toplama üsulları təhlükə altına düşə bilər. Bundan əlavə, bu, digər ölkələrin və ya ABŞ-ın rəqiblərinin qisas almasına səbəb ola bilər. Onu da qeyd edirlər ki, İranla bağlı məxfi sənədlər Tramp və onun köməkçilərinin məxfi məlumatlarla səhv davranması və rəsmi məlumatların məhv edilməsi ilə bağlı apardığı araşdırma zamanı ələ keçirilən  ən həssas sənədlərdən sayılır. 
Trampın evində avqustun əvvəlində axtarış aparılıb. Bu, ABŞ tarixində ilk belə presedentdir. Axtarış zamanı Federal Təhqiqat Bürosu məhkəmə sənədlərinə görə 11 mindən çox dövlət sənədi və fotoşəkili ələ keçirib.
Lakin bu məxfi sənədlərdə İranla bağlı nələrin ifadə edildiyi barədə məlumat verilmir. 
A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN