Əgər Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, bunun üçün dünya təcrübəsində mövcud olan bütün parametr və şərtlərdən istifadə etməliyik"

Bu sözlər tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlıya məxsusdur...

 Tezadlar.az ölkə turizminin inkişafına mane olan bəzi neqativlərin səbəblərini araşdırarkən bir sıra ciddi problemləri aşkarlayıb. Belə ki, Azərbaycanda turizmin inkişafında, xüsusən də əcnəbi turistlərin cəlbediciliyini təmin etmək üçün dünya standartlarında nəzərdə tutulan bəzi şərtlər əksər hallarda nəzərə alınmır. Halbuki turizm özü bir institutdur və onun həlqələri işlək olmalı, bir-birini təmin etməlidir.

Gəlirik mətləbə: bu gün paytaxtımızın mərkəzində tanışlardan biri ilə söhbət edərkən Azərbaycana gəlmiş turistlərdən biri bizə yaxınlaşdı. Məlum oldu ki, Almaniyadan gəlib, bir neçə saat sonra Bakını tərk etməlidir, amma əlində olan avronu Azərbaycan manatına dəyişib ailəsinə hansısa hədiyyələri ala bilmir. 

Biz Bakımızın adına və ünvanına gəlmiş turistə kömək etmək istədik. Yaxınlıqda müştəri gözləyən taksi sürücülərindən valyutadəyişmə mıntəqəsinin yerini xəbər aldıq, Bakını, necə deyərlər, əl içi kimi tanıyan taksi sürücüsü bildirdi ki, Bakıda şənbə və bazar günlərində demək olar heç bir yerdə valyutadəyişmə məntəqəsi işləmir... Və taksi sürücüsü konkret danışdı: "Gedin 8 KM bazarına, orda valyuta dəyişənlər var...".

XXX  

 Bəli, problem olduqca ciddidir. Niyə istirahət günləri Bakıda və ya ölkədə valyuta mübadiləsi məntəqələri işləmir? Kim bunu qadağan edib? Bir tərəfdən deyirik ki, niyə Azərbaycana az turist gəlir, digər tərəfdən turistlərin istənilən vaxt əlindəki valyutansını dəyişməsinə süni problem yaradırıq. Axı turist Bakıya düşdüyü andan əlindəki valyutanı dəyişib xırcləməkdə maraqlı olur, biz isə hansısa saxta səbəbdən hunun qarşısına sədd çəkirik. Niyə rəsmilər ölkə büdcəsinə olacaq valyuta axınına bu sahədə mane olurlar??? 

Məsələyə tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlı belə şərh verdi:

- Gülməlidir... Əksinə şərait yaradılmalıdır ki, ölkəyə gələn turist gətirdiyi valyutanı burada qoyub getsin. Tamamilə haqlısınız, Bakıda və bölgələrdə də valyutadəyişmə məntəqələri hər gün işləməlidir. Burda pis nə var ki? Hətta öz sakinlərimizin də valyuta mübadiləsinə süni maneçilik yaradılmamalı, bu mənfi hal aradan qaldırılmalıdır. Bildiyim qədər, neçə ildir bu işi banklara və poçt xidmətlərinə həvalə ediblər. Bu məntəqələr isə həftənin 5 günündə işləyir. İstirahət günlərində isə bir sıra yerlərdə, eləcə də bankların qarşısına valyuta dəyişən aparatlar yerləşdirmək olar. Xarici ölkələrdə tez-tez oluram və belə bir problemlə hələki rastlaşmamışam... Valyuta mübadiləsi aparan aparat quraşdırmaq nə mürəkkəb işdir axı?!

XXX 

Beləliklə, Azərbaycanın büdcəsinə valyuta mədaxilinə süni maneçiliklərdən biri olan bu problem aradan qaldırılmalı, istirahət günlərində də istənilən şəxsin valyuta dəyişməsi əlçatan edilməlidir. Necə olur ki, istirahət günlərində "qara bazar" işləyir, amma banklar isə bu işi görə bilmir???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN