Son günlər İranın Azərbaycanla dəxli və aidiyyəti, səbəbi olmadan hərbi təlimlərə başlaması dünya siyasətində birmənalı qarşılanmayıb...

Tezadlar.az qeyd edir ki, İranda baş qaldıran etirazları, görünür, bu yolla diqqətdən yayındırmaq istəyirlər. Bununla belə, bu dəfə isə İran Silahlı Qüvvələrinin Quru Qoşunları, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb. Hansı ki, İran rəsmiləri media vasitəsilə bu addımlarını məlumatlandıraraq mətbuatda yayımlamaqdadır. Məqsəd aydındır: manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub. Hərbi təlimlərin keçirilməsində məqsəd guya  bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.

Bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib. Bu isə Azərbaycanda ciddi etirazlarla qarşılanıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN