Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Zəngilanda olanda buradakı erməni vandalizminin izlərini görüb çox məyyus oldu...

Sayın Prezident Xocalıda törədilənləri, Ağdamda Qarağacı məzarlığındakı erməni goreşənliyini görsəydi daha çox dəhşətə gələrdi yəqinki... Ona görə də bu dəhşətləri görüb Ermənistanın necə bir çürük, qeyri-insani quruluş olduğunu görüb tədbir görməli olan ATƏT, Avropa İttifaqı... bu bölgəyə zamanında gəlmədi. Niyə? Səbəbini Türkiyə Prezidenti çox gözəl təsvir etdi. Sitat: "Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər".

Bəli, onların gözü kor, qulağı kar... oldu, Qarabağdakı dəhşətləri görmədilər... Və onların görməli olduğunu Azərbaycan Ordusu gördü...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN