Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın altı vitse-prezidenti vəzifəsindən azad edilib.

İnformasiyalı mənbələrdən virtualaz.org-a məlum olub ki, istefaya göndərilənlər bunlardır-Mikayıl İsmayılov, Tofiq İbrahimov, Xaliq Məmmədov və digərləri... Mənbələr bildiriblər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri şirkətdə aparılan islahatlar və strukturun yenidən formalaşdırılması ilə bağlıdır. Hələlik SOCAR vitse-prezidentlərin vəzifələrindən azad edilməsi haqda xəbərlərə şərh vermir.

Amma "Təzadlar"a verilən məlumatda əlavə olaraq Süleyman Qasımovun, Xoşbəxt Yusifzadənin və Bədəl Bədəlovun da işdən çıxarıldığı bildirilir.

Qeyd olunduğu kimi, hələki işdən çıxarılmaların səbəbi bildirilmir.

Onu da qeyd edək ki, adı çəkilənlərdən Xaliq Məmmədov uzun illərdir bu vəzifəni tutub. Əvvəllər ADP-nin Nizami rayon təşkilatının sədri olub. Rövnəq Abdullayevlə "NBNZ"də birgə çalışandan sonra oğlunu SOCAR-ın İzmirdəki zabodunun tikinti üzrə icraçı direktoru təyin etdirmişdi və s. Hətta elə vitse-prezidentlər var ki, vəzifəyə getmək üçün R.Abdullayevlə kirvə də olmuşlar... Nə isə...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN