Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynaya hansı dəstəyi verməyə hazır olduğunu görmək üçün qışa qədər gözləmək qərarına gəlib...

Tezadlar.qaz CNN-ə istinadla bildirir ki, Rusiya əvvəllər ələ keçirdiyi əraziləri saxlamaq üçün adi hərbi əməliyyatları davam etdirəcək, lakin çətin ki, taktiki nüvə silahından istifadə etməyə cəsarət etsin. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb. Kreml rəhbəri ümid edir ki, o, Ukraynaya dəstəyin dayandırılması üçün şərait yarada bilər və bunun qarşıdakı qışda baş verəcəyini gözləyir. Öz növbəsində ekspertlər Putinin NATO ilə birbaşa hərbi münaqişəyə can atacağına şübhə ilə yanaşırlar. Çox güman ki, işğalçı “Qərbin Ukraynaya dəstəyini davam etdirmək iradəsini qırmaq” üçün nüvə silahı və Alyansa hücumla hədələməkdə davam edəcək. Putin silahlı qüvvələrin döyüş qabiliyyətini bərpa etmək üçün əməliyyatları dayandırmaq əvəzinə, yaxın gələcəkdə Ukraynadakı döyüşlərə zəif təlim keçmiş rus qoşunlarını atmağa davam etmək üçün şərait yaradır. Putin həm də Avropanın iradəsini qırmaq üçün sərt qışa ümid edir. Sitat: "...O hesab edir ki, Aİ ölkələrinin “donmuş” əhalisi öz hökumətlərinə təzyiq göstərəcək və nəticədə onlar Moskvanın tələblərini qəbul etməyə başlayacaqlar. Təcavüzkar təkcə Ukraynaya silah tədarükünün dayandırılmasına deyil, həm də sanksiyaların ləğvinə və ya yumşaldılmasına ümid edir. Avropa hökumətləri isə öz əhalisini sərt qışa meydan oxuyaraq hazırlayıblar, mümkün qədər çox enerji ehtiyatı yığıblar və hətta əhəmiyyətli iqtisadi xərclərlə belə enerji istehlakını azaltmaq üçün şərtlər qoyublar. Bu hərəkətlər Avropa liderlərinin soyuq mövsümün başlanğıcında qarşılaşa biləcəkləri təzyiqlərə hazır olduqlarından xəbər verir...".

Beləliklə, Avropa qışın, Rusiya isə Avropanın qışa dözümlülüyü qarşısında imtahana hazırlaşır... Müharibə isə müəyyən səviyyədə davam edir.

A.Məmmədi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN