“...NƏ QƏDƏR Kİ, BAZAR BAĞLANMIR, NARKOMANİYANIN KÖKÜNÜ KƏSMƏK QEYRİ- MÜMKÜNDÜR”.

Bunu “Poisə Dəstək” İB-nin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev TEZADLAR.TV-nin efirində narkomaniya, onun fəsadları və mübarizə yollarından danışarkən bildirib.

“Beynəlxalq ekspertlərin bildirdiyinə görə, bazar var və nə qədər ki, bazar bağlanmır, narkomaniyanın kökünü kəsmək mümkün deyil. Bazarı da güclü dövlətlər himayə edir və həmin bazardan gələn gəlirlə kifayət qədər qanunsuz hərbi birləşmələr – PKK, yaxud beynəlxalq aləmdə sülhə təhlükə yaradan qruplar yaradıblar”.

O, qeyd edib ki, nasist düşüncəli ermənilər 30 il ərzində işğal altında olan 132 kilometrlik ərazilərimizdən Azərbaycanın dini bir, Allahı bir olan İranla birgə tranzit kimi istifadə ediblər: həm qanunsuz narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alveri, insan alveri, terrorçuluq...

“...Bunlar Azərbaycana qarşı yönəlmişdi. 44 günlük Vətən müharibəsindən sonra artıq həmin ərazilərə nəzarət həyata keçirir. Lakin bütün bəşəriyyət narkotik vasitələrin cazibəsindən kənara çıxa bilmirlər. Bu, bir həyəcan təbilidir. Dünyada 350 milyondan çox narkotik istifadəçi var. Bu rəsmi statistikadır. Bunun 47 milyon nəfəri Latın Amerikası ölkələrinin vətəndaşlarıdır. 3 milyonu ineksiya vasitəsilə QİÇS-ə yoluxanlardır. Azərbaycanda isə 2022-ci ilin son 6 ayı ərzində ümumilikdə 18 mindən bir qədər çox cinayət hadisəsi qeydə alınıb ki, bunun da 5 mindən çoxu narkotik  vasirtələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayələrdir.Bu, ötən illə müqayisədə 40% çoxdur”,- deyə Polkovnik diqqətə çatdırıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN