Dünən saat 16:00 radələrində Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu barədə təsdiqləyici məlumat verib. bildirib. Sitat:  “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik?.. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır... Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”.

Dünən baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Allah günahsız olaraq terror qurbanlarına rəhmət eləsin.

Azərbaycan Prezidenti İlham Əliyev, 1-ci Vitse-Prezident Mehriban Əliyeva Türkiyə Prezidentinə və ölkənin birinci xanımına dərin hüznlə başsağlığı verib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN