“Təəssüflər olsun ki, Azərbaycan hələ də dünyada informasiya müharibəsini lazımi səviyyədə apara bilmir.”

***

İndi dünyada əsl müharibə- informasiya müharibəsidir. Dünyada yaşayan ermənilər vaxtında bunun yolunu tapıblar – öz adamlarını yaşadıqları ölkələrin media qurumlarına yerləşdiriblər.

Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən, Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati Fransanın – fransalıların ermənipərəst mövqe tutmasına münasibət  bildirərkən deyib.

“...Amerikaya getsəniz və hansı media qurumuna üz tutsanız, orada ermənilər çalışır, həm də yüksək postlarda... Onların öz planları var – tutaq ki, hansısa məmləkətdə hansısa saya malik olasan və həmin ölkənin insanlarını öz tərəfinə çəkəsən, ələ alasan. Məsələn, Fransada 600 min erməninin 5 dostu olsa, bu, 3 milyon fransalı deməkdir. Mətbuatda nə qədər çox adamı olsa və hər biri bir iş görsə, bu nə deməkdir...

 Bildiyiniz kimi, media da belədir ki, müxtəlif yanaşmalar olur: bu adamı çağırın, o birini yaxın buraxmayın və ilaxır.  İndi informasiya müharibəsidir – ermənilər də bu işi irəlilədə biliblər. Mən 30 il təkbaşıma onların qarşısında dayanmışam.  Və lazımdır ki, onların yalan informasiyasının ziddinə olan döğrularımızı fransalılara çatdıra bilək. Təəssüflər olsun ki, Azərbaycan hələ də dünyada informasiya müharibəsini lazımi səviyyədə apara bilmir”, -deyə bildirib.    

Reza bəyin sözlərinə görə, fransızları qınamaq lazım deyil:

“... Fransızları qınamayın ki, niyə bunlar ermənipərəstdilər. Biz özümüzü qınayaq ki, biz nə etməmişik ki, onlarla dost olaq və bundan sonra nə edək? Bizim əlimizdə nə qədər sənəd vardı... Qarabağ işğaldan azad edildikdən sonra hər qarış torpaqda ermənilərin cinayətlərinin izləri vardı. Onları göstərmək lazım idi ki, onlar hansı dəhşətləri törədiblər. Gəlin, baş verənlərə bu prizmadan baxaq. Deyək ki, fransalılar əvvəldən ermənipərəst olmayıblar ki... Necə ola bilər, onlar başqa dövlətlərdə baş verən haqsızlığa qarşı çıxırlar, amma Azərbayanlılara zülm ediləndə dəstək çıxmırlar? Niyə görə, ermənipərəst olublar? Əvvəl özümüzə sual verək, sonra günahı başqalarında axtaraq...”, - deyə məşhur fotoqraf bildirib.

 Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.

 

JASMİN                  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN