Bir müddətdir ölkədə uşaq pulu ödənilməsi problemi ciddi müzakirə edilir...

Nəhayət, problem Milli Məclis səviyyəsinə çıxdı... Tezadlar.az bildirir ki, "Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyi "dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil" fikirlərini qəbul etmirəm. Biz bunu belə hesab etmirik. Müavinətlərin verildiyi strukturu bilmək istəyirik. 600 min uşağın hansı qrupa aid olmasını bilmək istərdik", -deyən Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında belə bir sərt çıxış edib. V.Əhmədov deyib ki, uşaqpulu ilə bağlı məsələni mübahisələndirmək lazımdır və bunun üzərinə gedilməlidir. Sitat: "Nəzərə almaq lazımdır ki, uşaqpulu birbaşa ünvana çatan məbləğdir. 01.01.2021-ci il statistikasına baxsaq ölkədə 1 milyon 228 min pensiyaçı var idisə hazırda onların sayı 1 milyon 118 minə düşüb. Ölüm saylarına baxsaq xoşagəlməz hallarla qarşılaşırıq. Koronavirus və digər xəstəliklərlə bağlı pensiyaçı sayında azalma oldu. Odur ki, pensiya yaşının azaldılması da gündəmdir".

Bəli, nazir Sahil Babayev bir müddət əvvəl uşaq pullarının verilməsi ilə bağlı narazılıq yaradan açıqlama vermişdi. Bu məsələ sosial mediada da ciddi tənqidə məruz qalmışdır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN