Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edəcək və bunun qarşısı alınası deyil...

Tezadlar.az Ria Novosti"yə istinadla bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Rusiya hava və iqlim şəraitindən asılı olmayaraq, məqsədlərinə çatanadək əməliyyatı davam etdirəcək. D.Peskovun sözlərinə görə, Rusiyanın öz strateqiyası var və hansı addımları harada necə atdığını yaxşı bilir. O, həmçinin “taxıl sazişi” ilə bağlı məsələnin həl olunacağını da bildirib: “BMT Rusiyadan ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına söz verib”.

Xatırladaq ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

Ukraynada isə müharibə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN