Bu gün Türkiyənin tanınmış film və teatr  aktrisası Sebahat Adalar və Fransada yaşayan tanınmış yazıçı-şair Karolin Laurent Turunç "Təzadlar"ın, eləcə də "TEZADLAR TV"nin qonağı oldular...

Azərbaycanı Türkiyə bərabərində sevən, «Can Azərbaycan!» deyən istəkli qonaqları «Təzadlar»ın və «TƏZADLAR TV»nin təsisçisi, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili və qəzetin baş redaktor müavini Elbar Şirinov, şöbə redaktoru Yasəmən Məmmədli qarşıladı.

Sonra qonaqlar redaksiyanın iş fəaliyyəti ilə maraqlandılar, ətraflı tanış oldular. Baş redaktor Asif Mərzili qonaqlara Medianın İnkişafı  Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində redaksiyanın qazandığı ölkə və beynəlxalq əhəmiyyətli uğurlardan danışdı, onlara ölkəmizdə medianın və jurnalist fəaliyyətinin müasir dünya standartları səviyyəsində formalaşmasının istiqamətlərindən bəhs etdi.

Daha sonra qonaqlar «TEZADLAR TV»nin canlı efirində Türkiyə-Azərbaycan qardaşlığı, eləcə də Fransanın erməni himayədarlığı və s. mövzular ətrafında olduqca maraqlı müsahibə verəcəklərini bildirdilər.

***

Qısa arayış verək ki, Türkiyənin tanınmış film, sənət və teatr aktyoru Sebahat Adalar Bursa Böyükşəhər Bələdiyyəsi Konservatoriyasında Türk Musiqisi və Dram Aktyorluğu ixtisası üzrə təhsil alıb. Sebahat Adalar istedadını Yalova Xalq Təhsil Mərkəzində əl işləri, Mersin Qız Peşə Liseyində rəssamlıq sənəti ilə gücləndirib. Mersinin Adalar qəsəbəsində teatr təhsili aldıqdan sonra 1993-cü ildə kamera qarşısına keçib, film və seriallarda müxtəlif rollar alıb. Sənətçi həm də filmlərdə dublyaj fəaliyyəti ilə məşğuldur. Çoxsaylı filmlərdə yer alır…

***

 Karolina Laurent Turunc-ə gəlincə, o, uzun illərdir Fransada yaşayır, Beynəlxalq səviyyədə roman və şeirlər müsabiqələrində seçilən xanımdır, çoxsaylı əsərlər müəllifidir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN