Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb...

Bu isə artıq o deməkdir ki, Rusiya sülhməramlıları Qarabağı Azərbaycan ərazisi hesab etmir... Tezadlar.az AzırTAC-a istinadla xatırladır ki, dünən İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında elə bu barədı danışıb. Sitat: "Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar. Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdır”.

Bəli, Rusiya sülhməramlılarına hələ də aydın deyil ki, Qarabaö nə Rusiya ərazisidirş nə də erməni separatçılarının. Amma görünür, başı Ukraynadakı məğlubiyyətli hadisələrə qarışan Rusiya hərbi komandanlığının bu mətləblərdən xıbərsizliyi ciddi şəkildə müzakirə olunmalıdır, Türkiyə ilə Azərbaycan arasında bağlanmış Şuşa Bəyannaməsini Rusiya sülhməramlılarına bir daha anlatmaq və oxutdurmaq lazımdır.

Məsələnin başqa tərəfi də var: əgər rus hərbçiləri Azərbaycan nümayəndələrinin əraziyə daxil olmasına imkan vermirsə, bu artıq o deməkdir ki, ərazilərimizdəki qanunsuz qazıntılarda rusların birbaşa əli və marağı var...

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN