Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Zelenski bu barədı özünün tvitter səhifəsində yazıb. Sitat: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”.

Zelenski bundan əvvəl Türkiyənin bütün humanitar sahələrdə Ukraynaya dəstəyini səmimiyyətlə bildirmişdi. Türkiyə Rusiyanın Ukrayna ərazisində apardığı müharibəni dayandırmaq üçün sülh təşəbbüslərini İndi də davam etdirir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN