Çeçenistanda da vəziyyət "rusca"dır...

Ramzan Kadırov yol polisi nümayəndələri ilə yerli əhali arasındakı münaqişənin həlli üçün Çeçenistanın Urus-Martan rayonunun sakinləri ilə “maarifləndirmə işi aparacağına” söz verib. Ramzan Kadırovun göstərişi ilə Urus-Martan şəhərinə bir neçə xüsusi təyinatlı gətirilib və onlar küçədə görünən bütün kişiləri yoxlamağa başlayıblar. Tezadlar.az yerli sakinlərin sosial platforma üzərindən yazdıqlarına istinadla bildirir ki, Kadırov dekabrın 10-da baş verən hadisədən qəzəblənib. Yol polisi əməkdaşı ilə SOBR döyüşçüsü arasında atışma da olub. Şəhər əhalisi SOBRovetsin müdafiəsinə qalxıb, dava olub... Kadırov isə deyib:  “Dünən Urus-Martanda bir hadisə baş verdi... Adamlar yığışdı, işçilərimizi mühasirəyə aldılar, demək istəyirəm ki... Orada olanların hamısına deyirəm, kişisənsə, döyüşmək istəyirsən... gəl, döyüş. Yoxsa sizi toplayıb Ukraynada xüsusi əməliyyat keçirilən əraziyə göndərəcəyik”. Bundan sonra Kadırov yerli əhalini “toyuq” ("petux") adlandıraraq təhqir edib və onları  Ukraynaya döyüşə göndərməklə hədələməyə başlayıb. Kadırov, həmçinin bildirib ki, o, əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərib, onlarla davada iştirak edən yerli sakinlər üz-üzə gəlib. İndi şəhərə “Kadırovçular”ın dəstələri və digər xüsusi təyinatlıların nümayəndələri gətirilib. Kadırov çeçenlərin yol polisi əməkdaşının “qanuni” tələblərinə əməl etməməsindən narazıdır...

Hadisələr bundan sonra necə cərəyan edəcək, hələki bilinmir... Amma bilinən odur ki, Ukraynadakı kimi, Çeçenistanda da vəziyyət artıq "rusca"dır. Rusların isə başı Ukraynada bərk qarışıqdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN