Korrupsiya əməli bu ilin 6 ayında Azərbaycanda 267 şəxsi məhkəmə qarşısına çıxarmalı oldu…

«Korrupsiya cinayətləri narkomaniya kimi bir əməldir». Bu sözləri tanınmış hüqquqşünas Adil Minbaşı bu gün Baş Prokurorluqda korrupsiya cinayətlərinə qarşı mübarizəyə həsr edilmiş müşavirədə səslənən faktlara toxunarkən söylədi. Müsahimiz bildirdi ki, təəssüflər olsun, bu əməllərlə əsasən statuslu məmurlar və sahibkarlar-oliqarxlar məşğul olur: «Ölkə Prezidenti sahibkarlığın inkişafı üçün bütün mümkün halları nəzərə alaraq onların fəaliyyətinə dəstək olacaq çoxsaylı qərarlar qəbul etsə də, bəziləri bu əməllərdən çəkinmir. Sanki korrupsiya onların qanındadır…».

Xatırladırıq ki, bu ilin birinci yarısında baş vermiş  həmin cinayət işlərindən 72 şəxsin barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olmuşdur. Və məlum olur ki, ibtidai istintaqı yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmiş, təəssüflər olsun, bu ziyanın cəmi 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur. Eləcə də 44 milyon manatlıq əmlak üzərinə həbs qoyulmuşdur.

 Bəli, korrupsiya əməli narkomaniya kimi bir əməl-xəstəlikdir. Onun müalicəsi çətin, onunla mübarizə isə xeyli mürəkkəbdir. Bununla belə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə davamlıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN