Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni artımla yoluxma qeydə alınıb... Bu isə narahatlıq yaratmaya bilməz...

Bəs nə baş verir ki, iyulun 1-dən sərtləşmə aradan qaldırıldı, çünki yoluxma faizi ikirəqəmli olmuşdu. Lakin az bir müddətdə vəziyyət narahatlıq doğurmaya başladı. Belə ki, bu gün artıq 371 nəfər virusa yoluxub. Tibbi ekspertlərin və mütəxəssislərin də sosial şəbəkələrdə açıqlanan rəyləri bunu deməyə əsas verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yumşalma tədbirlərindən sui-istifadələr yetərincə olub. Təsəvvür edin ki, iyunun son günlərində virusdan ölüm faktı yox idisə, artıq bu gün 3 nəfər dünyasını dəyişib. Bu qanqaraldıcı fakt son iki həftədə bizi təqib etməkdədir. 

Əhalimiz anlamalıdır ki, yumşalma tədbirləri o demək deyildi ki, qaydalar unudulsun, qorunma vasitələrindən imtina olunsun və s. Sonda isə ziyan kimə dəyir, təbii ki, qaydalara əməl etməyənlərin sayəsində bütün ölkə əhalisinə. Gəlin bu dönəmdə məsuliyyətimizi dərk edərək virusdan qorunma qaydalarına boyun əyək. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN