booked.netbooked.net booked.net  

«Təzadlar» qəzetinin baş redaktoru, eyni adlı saytın rəhbəri Asif Mərzili bu gün Dünya Türk Jurnalistləri Birliyinin köşə yazarı seçilib.

Bu barədə Türkiyədən Trtajans-ın rəhbəri dəyərli yazar Salih Kurt redaksiyamıza göndərdiyi məlumatında bildirib. Salih Kurtun məlumatında qeyd edilir ki, jurnalist Asif Mərzili erməni vandallarının Qarabağda törətdiyi vəhşilik, eləcə də Azərbaycanın 44 günlük Zəfər Qələbəsi, həmçinin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı  yönümündə apardığı uğurlu xarici siyasətinin təbligi və s. xidmətlərinə görə Dünya Türk Jurnalistləri Birliyinin (World Turkish Journalists Union) rəsmi saytı olan www.ilkhavadis.com-un köşə yazarı seçilib.  

Həmkarımızı ürəkdən təbrik edir, «Təzadlar»a daha böyük uğurlar diləyirik.

Qeyd edim ki, portalın köşə yazarları sırasında Türkiyədə və dünyada tanınan 30-dan çox yazar cəmləşib. Bu sırada dok.prof. Ata ATUN, dok. Müslüm Sunay, pr. Dok. MEhmet Zeki Uyanik, Kamile Özdemir, tanınmış yazar Salih KURT, Tarik Sezai Karatepe, Özlem Kaya, Mehmet Kolbudak, Müslüm AKTÜRK, İbrahim Dinc, Atiye TAŞ, Abukat Mustafa Kuran, Sevda Altunaş, Müslüm Abaçi və başqaları vardır. 

Elçin Məmmədli  

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN