Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir. Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib.

Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Tezadlar.az-a bildirib.

 Mirvari Qəhrəmanlı xatırladıb ki, 2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.

 “Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var, yaşayış üçün risklidir. Bununla bərabər, riskli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri- qanuni, hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində (əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.

Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub”,- deyə NHMK sədri qeyd edib.

Mirvari Qəhrəmanlı məsələnin müvafiq qurumlar tərəfindən araşdırılmasının vacibliyini bildirib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN