...Azərbaycanın ən ağır günlərində -erməni quldurları ilə savaşarkən dövlətə arxadan zərbə vuraraq özünü "Talış-Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümmətov ölüb... Bu barədə erməni sosial şəbəkə istifadəçiləri kədərlə yazır... Başqa nə deyək, tarix boyu Azərbaycanın bütün əhalisi ilə mehribancasına qaynayıb- qarışmış talışları separatçı niyyətinə qatmaq istəyən Hümbətov yalnız nifrət qazandı... Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənlinin bu statusu diqqəti çəkir: "...Əlikram Hümbətov Azərbaycana xəyanət etmiş adamdır. Buna baxmayaraq, mən öz payıma ona hər şeyi bağışlayardım. Ancaq... 2013-cü ildə Əlikram Hümmətov İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq" proqramının açılış mərasimində iştirak etdi. Dağlıq Qarabağa gedərək "Artsax Universiteti"ndə mühazirə oxudu. Erməni separatizminə açıq və birmənalı şəkildə dəstək verdi. Ermənistan tele-məkanında ulduza döndü. Azərbaycanın əleyhinə ən yaramaz ittihamlar səsləndirdi... Əlbəttə, belə şeyləri bağışlamaq olmaz..." .
Bəli, Azırbaycan dövlətinə xıyanət edənlərin, çirkin niyyətlərə bulaşan, öz xalqının taleyini düşünməyənlərin aqibəti belə olur: qərib ölkədə ölmək!
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN