Ermənistan tərəf danışıqlardan qaçır...

***

Moskva və Bakı bütün tərəflərin Laçın dəhlizi ilə hərəkət rejimi ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın öhdəliklərinə ciddi əməl etməsində həmrəydirlər.

 Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Lavrov həmkarı Ceyhun Bayramovla çox faydalı danışıqlar apardığını qeyd edib.

 Nazirlər bir ayda ikinci dəfə görüşüblər, lakin  bugünkü görüş üçtərəfli olmalı idi.

"Təəssüf ki, erməni həmkarlarımız gəlmədilər və bunu son anda açıqladılar. Biz bunu nəzərə aldıq, lakin buna baxmayaraq, həm günümüzün aktual problemləri nöqteyi-nəzərindən, həm də bütün bu vəziyyətin bütün aspektləri ilə uzunmüddətli nizamlanmasına doğru irəliləmək nöqteyi-nəzərindən görüşmək və harada olduğumuzu görmək qərarına gəldik”, - deyə Rusiya XİN rəhbəri diqqətə çatdırıb.

O, qeyd edib ki, görüşdə Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.

 "Əlbəttə ki, biz indi ən çox maraq doğuran vəziyyəti - Laçın dəhlizində vəziyyətin gərginləşməsini nəzərdən keçirdik”,- deyə Lavrov bildirib.

O, diqqətə çatdırıb ki,  Rusiya sülhməramlıları müvafiq tərəflərlə əlaqə saxlayaraq vəziyyəti həll etmək üçün sözün əsl mənasında, hər saat işləyirlər.

“Biz isə ən qısa zamanda tam hüquqlu nəqliyyat əlaqələrinin bərpasının və regionda filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarının həllinin tərəfdarıyıq. Biz ondan çıxış edirik ki, Laçın dəhlizi ilə hərəkət rejimi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında yer alan öhdəliklərə hər kəs ciddi əməl etməlidir.  Azərbaycanlı həmkarlarımız, mənim başa düşdüyüm kimi, eyni mövqedən çıxış edirlər”, - deyə Lavrov bildirib.

***

Bəli, Azərbaycan tərəfi artıq 2 ildir ki, Ermənistanı 9 noyabr 2020-ci il tarixli bəyanatında yer alan öhdəliklərə əməl etməyə dəvət edir. Lakin görünən budur ki, Ermənistan özünü ərköyün  uşaq kimi aparır və Paşinyanın yalvardığı Moskvanın görüş dəvətini belə qulaqardı edir.

Lakin artıq  İrəvana verilmiş zaman tükənmək üzrədir... Azərbaycan tərəfinin də səbri sonsuzadək deyil...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN