...Müxalif düşərgədə hesab edilən Bəxtiyar Hacıyevlə hakimiyyətin nəzarətində olan APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızının səsli mesajlasmasını sübut edən səs yazısı yayılıb...
Belə çıxır ki, Vüsalə Mahirqızı Kəmaləddin Heydərova bağlı media quruluşunun rəhbəri hesab olunur və FHN-nin reputasiyasını qorumaq üçün radikal müxalif mövqeli bir adamı özünə cəlb edir, sadə dildə desək, özünə işlədib. Başqa sözlə, Bəxtiyar Hacıyev FHN-nin ştatdankənar “piarşiki” kimi istifadə edilib. Mediada isə bu xidmətə görə Bəxtiyarın nə qədər pul alıb-almadığı müzakirə edilir... 
Beləliklə, bizim bu məsələyə başqa şərh verməyimiz də doğru olmaz. Əsas odur ki, "Təzadlar" 30 illik tarixində heç vaxt heç kimə işləmədi, yalnız Qarabağın azadlığı yolunda çağırışlar etdi, "Qarabağı azad etməyən xalqı Allah da xilas etməyəcək!" dedi. Sözünün üstündə də durdu...
Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Bu rəsmi açıqlamadır.
Belə...
A.Məmmədli
Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN