Qərb ölkələrinin Ukraynadakı müharibəyə görə tətbiq etdiyi sərt sanksiyalar fonunda Rusiyanın ən varlı oliqarxları bu il təxminən 95 milyard dollar itirib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Beləki, Rusiyalı oliqarxlar fevralın sonundan hər gün 330 milyon dollar itirir.

 Bloomberg-in milyarderlər indeksinə görə, bu il ən çox itirən “Çelsi” Futbol Klubunun keçmiş sahibi Roman Abramoviç olub – onun sərvəti 57% azalaraq 7,8 milyard dollar olub.

Abramoviç Britaniya tərəfindən sanksiya tətbiq edilən ilk oliqarxlardan biri olub.

İndeksə görə, Putinin yaxın dostu olduqları deyilən milyarderlər - Gennadi Timçenkonun sərvəti 48% azalaraq 11,8 milyard dollara, Süleyman Kərimovun isə 41% azalaraq 9 milyard dollara düşüb.

Böyük Britaniya hökuməti oliqarxlara və digər ruslara məxsus 18 milyard funt sterlinqdən çox aktivi dondurub ki, bu yaxınlarda açıqlanan rəqəmlərin ilk rəsmi cəmidir. Sanksiyalar 1271 nəfərə, o cümlədən Abramoviç və Rusiyanın ikinci ən zəngin adamı olan “nikel kralı” Vladimir Potaninə qarşı da tətbiq edilib.

Ümumilikdə, Bloomberg-in gündəlik siyahısında izlənilən təxminən iyirmi varlı rus iş adamı 2022-ci ildə təxminən 95 milyard dollar itirib.

Xatırladaq ki, noyabr ayında Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Avropa İttifaqının Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurduğu bildirilmişdi.

 

JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN