Ukraynanın işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə zərbəsi nəticəsində 600 rusiyalı hərbçi ölüb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə qurumunun məlumatında zərbənin rusiyalı hərbçilərin yerləşdiyi əraziyə endirildiyi vurğulanıb. “Kiyev rejimi Donetsk Xalq Respublikasının (qondarma respublika – red.) Makeyevka yaşayış məntəqəsi ərazisində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib. Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”, - məlumatda deyilib. 

Lakin Ukrayna və ABŞ informasiya agentlikləri və rəsmi qurumlar ölü sayının 600 olduğunu yazır...

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN