…Mirşahin Ağayevin ictimai-siyasi mövqeyi kiminsə xoşuna gəlməyə bilər.

Başa düşürəm, onun efirdə bəzən müxalif düşərgəyə açıq, bəzən isə efiraltı (sətiraltı) «ilişməyi» də bəzilərini dəli həddinə çatdıra bilər. Amma nə olsun, bu onun mövqeyidir, jurnalistika yoludur, dəsti-xəttidir. Lakin Mirşahin Ağayev TV jurnalistikamızda bir brenddir, dəyərdir, yoldur. Bu yolu gedənləri barmaqla saya bilərsinizmi? Yəqinki yox… Onun ANS-li zamanlarda efirdən söylədikləri də unudulmayıb. Amma təkrar edirəm, indi onu bu yazıda təkrar etmək istəmədiyim bir inanılmaz ittihamda şərləmək yolverilməzdir.

***

…Uzun sözün qısası, bir dəfə AzTV-nin sabiq sədri, professor Nizami Xudiyevlə iş otağında bəzi məsələləri müzakirə edirdik. Açığını deyim, o, siyasi baxımdan olduqca maraqlı persona kimi diqqəti çəkirdi. Təbii ki, hakimiyyətin bir nömrəli təbliğat maşının rəhbəri idi. Amma bir sıra məsələlərdə özünün şəxsi baxışı var idi. Çünki o, peşəkar olaraq görürdü ki, məsələn, Prezident Aparatında, əsasən də Əli Həsənovla Fatma Abdullazadənin ssenarisi əsasında müxalifəti söymək və ya aşağılamaq proqramı bəzən işə keçmir. Çünki müasir dünya bəzən belə taktikanı inkar edir.

 Qısası, Nizami Xudiyev məndən bu barədə mövqe soruşdu. Dedim, Nizami müəllim, PA-dan gələn tapşırıq və ssenaridə yersiz məqamlar var. Məsələn, efirdə müxalifəti söyməkdən daha çox iqtidarın müsbət işini təbliğ etmək tamaşaçının ələ alınmasında və deyilənlərə inandırılmasında ən kəsərli yoldur. Əlavə etdim ki, AzTV müxalifəti necə gəldi söyəndə və tənqid edəndə tamaşaçıda belə rəy formalaşır ki, aha, deməli görün müxalifət nə qədər güclüdür ki, iqtidar bütün günü anti-təbliğatını buna kökləyib. Yəni, siz müxalifəti söyüb-«döyüldükcə», özünüz də bilmədən müxalifətin nüfuzunun artırılmasına xidmət etmiş olursunuz…

***

 Sözümün mənası budur ki, Mirşahini dilə gətirmədiyim və mənbəyi saxta bir mənfur ittihamda suçlamaqla, əksinə, həm onun cəmiyyətdəki nüfuzunu daha da artırırlar… Amma həm bununla da olduqca pis bir mənvi zəhəri cəmiyyətə sırımaq məsuliyyəti yaranır. Vaxtilə xarici serialları, ardınca və son günlər isə türk seriallarını az qala bütün TV-lərdə yayımlamaqla cəmiyyətə xəyanəti, ailə naqisliyini, milli dəyərlərin puç edilməsini və s. təbliğ etdiyimiz kimi… Üstüörtülü də olsa deyim ki, dərrakəsi və beyni hələ Azərbaycanın sağlam mənəviyyat qazanında bişməmiş yeniyetmə belə informasiyaları oxuyanda niyə də düşünməsin ki, axı ananı zorlamaq, gəlinə sataşmaq, bacıya xor baxmaq, dostunun nişanlısını yoldan çıxarmaq… nə pis əməldir ki?! Çünki bu naqis informasyialar ermənilərin yox, elə bizim milli mediamızda yayımlanır!

***

Ay sizlərə Allah insaf vermişlər, bəsdirin, ayıbdır, axı bu zərərli, mənəviyyat aşındıran məlumatları həm də sizlərin övladları-ətrafınız oxuyur, pozulur, yoldan çıxır, psixləşir, zombiləşir, nəhayət, elə sizlər olur…

 Uzun sözün qisası, Mirşahindən qisas almağın yüz yolu var. Amma xalqın mənəviyyatına toxunan, çat gətirən, pozuntu verən yoldan çəkinin!!! Çünki Mirşahin Azərbaycanın media cəmiyyətinin üzdə olanlarındandır! O, düşündüyünüz kimi ən ziyanlı, ən pis olanlardan deyil… Görünür, siz hələ ən pisləri və ən ziyanlıları görməmisiniz!

Asif Mərzili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN