Naxçıvanın xanı kimi uzun illər "Azərbaycan" qəzetinin də dilinin əzbəri olmuş Vasif Talıbova daha bir zərbə vuruldu...

Tezadlar.az sosial mediada yayımlanan məlumatlara istinadla bildirir ki, “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb, nəticədə, indiyədək  Şuranın üzvü olan və faktiki olaraq banka rəhbərlik etmiş Baharxanım Talıbova (Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı) vəzifələrindən azad edilib.

 “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları adları açıqlanmayan 4 fiziki şəxsdir. Bəzi məlumatlara görə, həmin təsisçilərin hamısı Vasif Talıbovun ən yaxın qohumları və komandasına daxil olan doğmalarıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN