Bu gün Medianın İnkişafı Agentliyinin yaranmasından iki il ötür…

Bu əlamətdar gün ilə bağlı Bakı Biznes Mərkəzində ölkə jurnalistlərinin iştirakı ilə hesabat konfransı keçirilib. Dövlətin media siyasətini uğurla həyata keçirən Agentliyin fəaliyyəti nəticəsində Azərbaycan mediası son iki ildə yeni inkişaf mərhələsinə keçmiş, daha da peşəkarlaşmışdır. MEDİA-nın rəhbəri Əhməd İsmayılov ötən müddətdə həyata keirilən layihələrdən söz açdı, sonra jurnalistlərin çoxsaylı suallarını cavablandırdı.

Jurnalistlərin isə daha çox cavab almaq istədiyi sual reyestrə düşən və düşməyən media subyektlərinin fərqinə aydınlıq gətirilməsi barədə idi. Mən də cənab Əhməd İsmayılova belə bir sualla müraciət etdim: «Ölkə Prezidenti adətən xaricdən gələn və Azərbaycan, eləcə də Qarabağ hadisələri, ermənilərin Qarabağda yaşam tarixi haqqında məlumatsız olan jurnalistlərin suallarına cavab verməli olur. Bunu 44 günlük müharibə dövründə aydın gördük. Bu isə ona görədir ki, Azərbaycan mediasının xarici mediada məterialları yetərincə deyil, əcnəbi jurnalistlər də erməni yalanları ilə dolu olan resurslardan istifadə edirlər. Məsələn, «Təzadlar»ın baş redaktoru Asif Mərzili Avropa, eləcə də Türkiyə, Avstraliya mediası ilə əlaqələr quraraq yazılar dərc etdirir. Baş redaktor Avropa Mətbuat Federasiyasının üzvüdür, həmçinin Türkiyənin iki nüfuzlu portalının köşə yazarıdır, müntəzəm olaraq bu saytlarda Azərbaycanla bağlı maraqlı yazıları işıq üzü görür. Mənim özümün Özbəkistan və Qırğızıstan KİV-lərində yazılarım dərc olunub. Soruşmaq istəyirəm: MEDA Agentliyi jurnalistlərimizin xarici KİV-lərdə yazılarının yayımlanması layihəsini dəstəkləmək üçün hansısa proqrama malikdirmi?».

Cənab Ə.İsmayılov bu məsələni olduqca vacib hesab etdiklərini və bunun üzərində çalışdıqlarını bildirdi: «Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə xarici media ilə çatdırılmalıdır. Bu mənada jurnalistlərimizin xarici KİV-lərə çıxışı və bu medialarda yazılarının çap edilməsi, yaxud  yayımlanması vacib məsələdir, bu cür layihələrin dəstəklənməsi üçün tərəfimizdən bir sıra addımlar atılır, müzakirələr aparırıq, reallaşmasına çalışırıq…».

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN