Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovla bağlı qalmaqal böyüyür...

Artıq onun komandasına və idarəçiliyinə xidmət etmişlərin vəzifələrindən kənarlaşdırılması da başlayıb... Məsələn, maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib... Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 11-də sərəncam imzalayıb. 2022-ci il noyabrın 26-da isə Səbail rayon Məhkəməsinin qərarı ilə Rafael Əliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Güman edilir ki, Rəfael Əliyev bu qədər vəsaiti Vasif Talıbovun göstərişi ilə sonuncuya məxsus biznes sahələrinə məsrəf edib...  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun daha bir sərəncamına görə, Hicran Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib. Bu barədə Turan İA-yi də qeyd edib. 

Diqqəti çəkən bir də budur ki, Vasif Talıbovun yaxınları da tutduğu yüksək postlardan uzaqlaşdırılır. Məsələn, “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Şuranın üzvlərindən olan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova  vəzifəsindən azad edilib. O, faktiki olaraq bankı idarə edən olub.

 Bundan başqa, Vasif Talıbovun qaynanası  “Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin  rəhbəri Sənubər Soltanova da işindən uzaqlaşdırılıb. Yerli medianın yazdığına görə, Vasif Talıbovun və oğlu Seymur Talıbovun biznesi və əmlakları üzərində ciddi nəzarət var. Hətta hadisələrin gedişi onu təsdiq edir ki, Vasif Talıbov həbs edilə bilər. Sosiall mediada isə yazılır ki, Vasif Talıbovun ölkədən çıxmaması barədə xəbərdarlıq alıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN