Türkiyənin Malatya əyalətinin Battalqazi rayonunda 83 yaşlı qadın 124,5 saatdan sonra dağıntılar altından xilas edilib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Türkiyənin Hatay əyalətinin Antakya rayonunda 2 yaşlı körpə isə zəlzələdən 122 saat sonra dağıntılar altından sağ çıxarılıb. 

Təəssüflər olsun, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Xilasetmə işləri davam edir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN