Rusiya ABŞ prezidenti Co Baydenin səfəri fonunda strateji nüvə silahlarından istifadə üçün bütün qüvvələrini cəmləyib, daimi döyüş hazırlığını davam etdirir.

Tezadlar.az Azadlıq Radiosu-nun Avropa bürosuna istinadla bildirir ki, Rusiya Federasiyası ABŞ prezidenti Co Baydenin Avropaya səfərini pozmaq üçün nüvə şantajını gücləndirə bilər. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi də məlumat yayıb.Sitat: “Strateji nüvə qüvvələrinin komponentlərinin dəniz və quru bazalı ballistik raketlərin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılması üçün hazırlanması təsdiqlənib”.

Digər kəşfiyyat hesabatında deyilir ki, Bayden bunu nüvə şantajı adlandırır, məqsədi ABŞ prezidentinin Polşaya səfərinə mane olmaq və Ukraynaya dəstəyi zəiflətməkdir. Müəyyən edilib ki, təlimlərə hazırlıq zamanı Rusiya silahlı qüvvələrinin monolit mərkəzləşdirilmiş döyüş idarəetmə sistemi sınaqdan keçirilib. 
Kəşfiyyat hesab edir ki, xüsusilə Rusiyanın hərbi-siyasi rəhbərliyinin bu cür hərəkətləri birbaşa nüvə şantajı yolu ilə ABŞ prezidentinin Avropaya səfərinin qarşısını almaq və Ukraynaya beynəlxalq dəstəyi zəiflətmək cəhdidir. Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, fevralın 21-i səhər Polşa prezidenti Anjey Duda ilə görüşəcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, səfər “vacib bir məqama təsadüf edir”.
O da məlumdur ki, Rusiya və Belarus Silahlı Qüvvələrinin Belarus Respublikası ərazisindəki təlimləri ən azı fevralın 27-dək uzadılıb. Bunu Belarus poliqonlarında keçirilən təlimlərin cədvəli də təsdiqləyir.

Bayden isə bu gün Ukraynaya gözlənilməz səfər edib və Zelenski ilə görüşüb... Rusiya TV-ləri bu səfəri bölgəni qarışdırağaq təxribat kimi qiymətləndirməkdədir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN