…Türkiyədə yanğınlar artıq ram edilməkdədir. Bununla belə, ölkənin bir çox əyalətlərində tüstü-duman meydan oxuyur.

Təbii ki, indi dünyanın hər yerində anomal istilərdən qaynaqlanan yanğınlar baş verməkdədir. Azərbaycan isə bütün imkanları və varlığı ilə Türkiyəmizin yanındadır.
Bəli, Türkiyədə meşələr yanır, burda isə Türkiyəmizə ürəyimiz… İlkin ehtimallara görə, yanğınların çoxu terrorçular tərəfindən törədilib. Bunun üçün polis orqanları araşdırmalara başlayıb.
***
Azərbaycan Türkiyəyə qardaş köməyini etməkdədir, bunun üçün isə artıq 500 nəfərlik canlı qüvvə və bir neçə yanğınsöndürən helikopterlər qardaş ölkəyə göndəriləcək. Bu Azərbaycanın Türkiyəyə sevgi ilə edəcəyi köməyidir. Artıq sosial şəbəkələrdə də Türkiyədəki yanğınların söndürülməsinə kömək etmək istəyən insanların çağırışları eşidilməkdədir. Başqa cür də ola bilməz. Azərbaycanın hər bir insanı Türkiyəyə yardım etməyə hazırdır.

Qeyd edək ki, təkcə iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub, bəzi ərazilərdə yanğınlar hələ də davam edir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtac-a bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə gedəcək. Yanğının ən çox sıx olduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər ölüb. Antalyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib. Rəsmi açıqlamalara görə, meşə yanğınlarının 43-ü nəzarət altındadır, 20 yerdə yanğın davam edir.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN