Xəbər verildiyi kimi, Xaçmazın deputatı Eldəniz Səlimov karantin qaydalarını pozduğu üçün ona irad bildirən polis əməkdaşını döyüb. Məsələ artıq rəsmi səviyyələrdə müzakirə mövzusudur...

Sabiq deputat, tanınmış jurnalist Aynur Camal məsələyə belə münasibət bildirib:

-Eldəniz Səlimov adlı deputat polisi döyməsi ilə gündəmə gəldi. Maraq üçün Vikipediyada haqqında yazılanlara baxdım. O, Dağıstanda - diplomları Azərbaycanda tanınmayan bir universiteti bitirib və 2 çağırışdır parlamentə üzv seçilir. Yeni Azərbaycan Partiyasının da üzvüdür.

Bu cür adamları necə tapırlar, hardan tapırlar və Milli Məclisi necə hörmətdən salırlar?! Bir müddət əvvəl mandatını girov qoyaraq insanlardan pul alan, hazırda həbsdə olan deputat (Rafael Cəbrayılov), sonra Moldovadan başqasının uşağını qaçıran deputat (Ramil Həsən) gündəmi zəbt elədi, indi də polisi döyən deputat. Qanunverici orqanın üzvü qanun keşikçisini döyür! Tam bir absurd!

Yeni Azərbaycan Partiyası yəqin ki, məsələyə öz siyasi qiymətini verəcək. 30-40 min seçicinin təmsilçisi sözün əsl və yaxşı mənasında fərqlənməlidir, ona səs verən insanların fövqündə durmalıdır. O döyülən polis həm də o deputatın seçicisidir axı. Millət vəkili öz seçicisinə necə əl qaldıra bilər?

Müharibədən çıxmış qalib ölkənin deputatı üstəlik, pandemiya şəraitində beləmi davranmalıdır insanlarla? Bu mənəviyyat sahibləri hansı haqla Cənab Prezidentin komandasında yer ala bilər və almalıdır? Qalib ölkənin qalib Prezidentinin komandasında belə şəxslərə yer olmamalıdır.

Ümid edirəm ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP və MM-in İntizam Komitəsi bu şəxslə bağlı digərlərinə görk olacaq bir addım atacaq…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN