"Freedom House" yeni hesabatında Azərbaycanla bağlı iki sözdən az qala üçünü yalan yazaraq bölgəni "yeni müharibə" ilə hədələyir, Bakıya təzyiq göstərməyə çalışır və aldığı sifarişi tam yerinə yetirə bilmədiyini pərdələməyə çalışır.

"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı "Dünyada azadlıq 2023" ("Freedom In The World 2023") adlı yeni hesabatını yayıb.

Ermənistanın "qismən azad və demokratik ölkə" hesab edilərək 100 dövlət arasında 54-cü yerə layiq bilindiyi sənəddə Azərbaycan "Ermənistana qarşı aqressiya etmiş ölkə" qismində göstərilib.

Hesabatda deyilir: "MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı hadisələrə reaksiyası qurumun sıralarında yeganə qismən azad ölkə sayılan Ermənistanı dəstəkləməkdən imtina etməsi ilə kəskin ziddiyət təşkil edir. Ermənistanın suveren ərazisi Azərbaycan tərəfdən hücuma məruz qalıb. Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın situasiyaya nəzarət imkanlarını xeyli zəiflətdiyindən Rusiyanın təhlükəsizlik təminatlarına rəğmən Azərbaycan Ermənistana qarşı hərbi aqressiyanı artırıb. Azərbaycan silahlı qüvvələri sərhəd boyunca Ermənistan ərazilərini işğal edərək tammiqyaslı müharibə riskini artırıb".

Sənəddə daha sonra vurğulanır ki, bəzi ölkələrdə demokratiya müəyyən diplomatik, texniki və maliyyə dəstəyi almalıdır.

"Freedom House"nin fikrincə, hazırda belə ölkələr "demokratiyanın təzyiq altında olduğu" Ermənistan, Şri-Lanka və Salvadordur.

Hesabatla bağlı geniş iqtibaslar gətirməyə lüzum görmürük, çünki bəhs etdiyimiz hissələr sənədin hansı məzmunda, formatda, səciyyədə və məcrada olduğunu yetərincə göstərir.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN