Hökumət Venesiya komisiyasına göndərdiyi "Xarici təsir agentləri" və "Xarici təsirin şəffaflığı" haqqında qanun layihələrini geri çağırıb.

Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, bu barədə hakim partiyanın fraksiya sədri Mamuka Mdinaradze “Gürcü arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə açıqlama verib. Onun sözlərinə görə, birinci oxunuşda parlament tərəfindən dəstəklənən "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ikinci oxunuşa çıxarılaraq ləğv ediləcək. Müzakirəyə hələ çıxarılmamış "Xarici təsir agenti haqqında" qanun layihəsi isə geri götürülüb. Hakim partiyanın fraksiya sədrinin sözlərinə görə, bu addımı atmaqda əsas məqsəd vətəndaşların təhlükəsizliyini düşünmək olub: "Səhər saatlarında birbaşa əlaqə saxlamaq imkanımız olmadı, disdant qaydada əlaqə saxladıq və bu barədə qərar qəbul etdik. Bu qərarın arxasında duran əsas məqsəd o idi ki, heç bir vətəndaşımızın, heç bir uşağın belə sağlamlığı və həyatı risk altına düşməsin", - deyə Mdinaradze əlavə edib.

Beləliklə, hakimiyyət bir addım geri çəkilməyə məcbur oldu. ABŞ-ın da sərt tənqid etdiyi qanun layihəsinin taleyi sual altında qalmış oldu.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN