Qardaş Türkiyədəki meşə yanğınların qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında türk qardaşlarımıza köməyə gələın Azərbaycan yanğınsöndürənləri yüksək peşəkarlıq göstərir və yanğının ən təhlükəli yerlərinə müdaxilə etməkdən belə qorxmurlar. Çünki, onlar Türkiyəni öz məmləkəti, onun ağrısını öz ağrıları kimi hiss edirlər.
Fədakar yanğınsöndürənlərimiz bu günlərdə Türkiyənin Marmaris rayonunda Datça magistral yolundakı meşə sahəsində işə başlayıb.
Bu barədə Demirören Haber Ajansı (DHA) görüntülər paylaşıb.
“Bura bizim doğma məmləkətimizdir, heç bir yadlıq hiss eləmədik. Ümid edirəm, vəziyyət sizin üçün daha yaxşı olacaq”, - deyə o bildirib.
İqbal adlı yanğınsöndürən isə qardaş ölkədə yanğının öhdəsindən gələcəklərini inamla bildirərək, türk xalqına keçmiş olsun diləklərini çatdırıb.
Şakir QURBANOV