Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu gün Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

1990-cı il avqustun 1-də görkəmli dilçi alim, akademik Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və o, komissiyanın sədri təyin edilib. Azərbaycan əlifbası XX əsrdə 4 dəfə dəyişilib. 1940-cı ildən Azərbaycanda kiril qrafikalı əlifba, 1992-ci ildə latın qrafikalı əlifba qəbul olunub, 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN