“Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir”.

Tezalar.az bildirir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev yerli medialara müsahibəsində deyib. O bildirib ki, Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır: “Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur”.

Bəli, Ermənistanın polpulist siyasiləri və hərbi komandanlığı Rusiyaya sığınıb 30 illik işğalçılıq və bəşəriyyətə yad varvarlığı ilə güman edirdi ki, bu yolla bölgədə ikinci bir qondarma Aşot respublikası yarada biləcək. Lakin tarixi şərait və Azərbaycan rəhbərliyinin bu məsələdə düzgün siyasəti, xalqın 30 illik səbri sonra ermənilərin bu arzusunu puç etdi. İndi Ermənistan rəhbərliyinin Azərbaycanla erməni və ya rus dilində deyil, sülh dilində danışması lazımdır. Qarabağ məsələsinə gəlincə, bu məsələ artıq bitib, gündəmdə deyil.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN