Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vladimir  Zelenskini və digər ukraynalı siyasətçiləri Tbilisidə keçirilən etiraz aksiyalarını dəstəklədiklərinə görə qınayıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Baş nazir IMEDI telekanalının efirində belə deyib. Sitat: "Ukraynada bir neçə kəlmə ilə deyim ki, vəziyyət çox ağırdır, daha da gərginləşmə gözlənilir və bizdə olan məlumata görə Ukrayna əks-hücumlara hazırlaşır. Yəqin ki, Donetsk vilayətində çox çətin döyüşlər olacaq. Belə bir müharibə vəziyyətində olan ölkənin başçısı bir neçə min nəfərin keçirdiyi destruktiv aksiyaya vaxt tapıb reksiya verirsə bu onu göstərir ki, həmin şəxs burada da nələrinsə dəyişəcəyində maraqlıdır”.

Tezadlar.az onu da xatırladır ki, Zelenski mitinqlərin əsas mübahisə şüarı olmuş məlum qanun layihəsinin Rusiyadan transfer edildiyini bildirmiş, buna görə də mitinqçiləri dəstəklədiyini, onların qələbəsini alqışladığını bildirmişdir.
A.Məmmədli
P.S.Baş nazir Qaribaşvili həm də Ukrayna hakimiyyətinə əvvəlcə özlərinin və ölkələrinin qayğısına qalmağı tövsiyə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN