Zərərçəkmişlər -Dadaşov Seymur Adil oğlu və Qələndərov Sahib Zöhrab oğlu məhkum Səmədov Əzizalı Mehralı oğlunun onlara qarşı inanılmaz dələduzluğundan Prezident İlham Əliyevə şikayət etdilər ...

Ötən buraxılışlarımızda Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, bina 27, mənzil 25-də yaşayan Dadaşov Seymur Adil oğlunun və Qələndərov Sahib Zöhrab oğlunun dələduzluq əməlinin qurbanı olduqlarını yazmışdıq. Zərərçəkmişlər   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən buna görə kömək istəyirdilər. Dələduzluq əməli törətmiş Ə.Səmədovun barəsində çıxarılmış hökmdən verdiyi kassasiya şikayətinə isə Azərbaycan Ali Məhkəməsində baxılır. 

Bu günlərdə həmin şikayət üzrı məhkəmənin baxış iclası keçirilib. Kollegiya məhkəmənin növbəti iclasını aprelin 13-nə təyin edib. Zərərçəkmişlər isə yenidən Prrzident İlham Əliyevə müraciət ünvanlayıblar. Surəti Məhkəmə-hüquq Şurasının sədri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Ali Məhkəmənin hakimi - məhkəmə kollegiyasının sədri Vidadi Cəfərova və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciəti təqdim edirik:

Hörmətli cənab Prezident!

Bir daha bildiririk ki, hazırda cəza çəkən məhkum Səmədov Əzizalı Mehralı oğlu bizə qarşı 600 min manatdan çox inanılmaz dələduzluq əməli törədərək, bizə külli miqdarda ziyan vurmuşdur, əmlakımızı ələ keçirmişdir. Bununla əlaqədar aparılmış istintaqla mütləq qaydada onun cinayət əməli tam sübut edilmişdir və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

 Əzizalı Səmədov məkəmə prosesində də vurduğu ziyanı bizə ödəyəcəyinə söz versə də, bu günədək verdiyi sözünə  əməl etməmişdir. Əzizalı Səmədovun yaxınları indi də bizə bildirirlər ki, guya şikayətçi olduğumuz üçün bizə vurulmuş ziyanı ödəməyəcəklər, bizə verməli olduqları pulu guya rüşvət verərək Əzizalı Səmədovun cəzadan azad olunmasına nail olacaqlar. Təbii ki, biz bu yalana inanmırıq və məhkəmənin ədalətliyinə inanırıq. Dələduzluq əməli törətmiş Ə.Səmədov hökmdən şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlamışdır.

 Cənab Prezident! Hazırda Əzizalı Səmədovun vəkili ciddi cəhdlə qanunsuz iddialarda bulunmaqdadır və Səmədovun məhkumluğu barədə Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci tarixli qərarından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə 1(102)-695/2023 saylı cinayət işinin materialları əsasında Ali Məhkəmənin Cinayət Kollegiyasının (məruzəçi hakim Vidadi Cəfərov)  30 mart 2023-cü il tarixli iclasında ilkin məhkəmə baxışı olmuşdur. Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilmişdir. Səmədovun vəkili və adamları, xüsusən də onun İmişlidə zavod direktoru olan qardaşı qanunsuz yollarla onun həbsxanadan çıxarılmasına, yaxud cəzasının azaldılmasına cəhd edirlər. Ona görə də əsassız şaiyələr yayırlar, bizə psixoloji təsirlər edirlər. Axı bizə vurulan ziyan tam ödənilmədiyi halda, bu necə mümkün ola bilər?

Hörmətli Cənab Prezident!

Məhkum Əzizalı Səmədovun müdafiəçisinin Bakı Appelyasiya Məhkəməsinin 1(103)-1001/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarından vertdiyi kassasiya şikayəti üzrə 1(102)-695/2023 saylı cinayət işinə məhkəmə baxışını nəzarətinizə götürməklə, həmin işə Ali Məhkəmənin Cinayət Kollegiyasında qanuni, ədalətli məhkəmə baxışının təmin edilməsilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevin diqqətinə çatdırmağınızı xahiş edirik. Bu qərarın düzgün çıxarılması zərərçəkmiş iki böyük ailə üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir. Biz ümid edirik ki, bu işdə ölkə rəhbəri kimi bizə köməklik edəcəksiniz. Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk, eləcə də Azərbaycan dövlətinin adından qərar qəbul edən məhkəmə hakiminin ədalətinə inanırıq”.

Redaksiyadan: bir daha qeyd edirik ki, zərərçəkmişlərin şikayəti ötən həftədən bütün aidiyyəti dövlət qurumlarına göndərilib, tərəfimizdən isə ciddi şəkildə nəzarətdədir. Tamamilə əminik ki, Ali Məhkəmənin Cinayət Kollegiyası ədalətli qərarı ilə zərərçəmişlərin hüquqlarının bərpasını təmin edəcək qərar qəbul edəcək. Bu cür ədalətli qərar məhkum Ə.Səmədovun həbsxanada islah olunmasında ən yaxşı nümunə olacaq.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN