...Nəriman Nərimanovun əleyhinə təbliğat aparanların erməni dəyirmanına su tökməsini görə bilməmələri təəssüf doğurur... Təəssüf doğuran bir də odur ki, tarixçi alimlərin bir çoxu susmağa üstünlük verirlər. Bəs onlar hansı tarixin tarixçiləridirlər??? Sənətləri tarixçi olanların tarixin təhriflərinə və daş-qalaq edilməsinə susmaları sual doğurur.
*** 
“Ulduz” jurnalı, Bakı, 1990, sayı 6. "Azadlıq Radiosu"nun əməkdaşı Elmira Əmrahqızı Heydər Əliyevdən müsahibə alır. Suallardan biri Nəriman Nərimanov barədə olur. Heydər Əliyev deyir: "...Nərimanovun abidəsini qoymaq bizim üçün nə qədər çətin olub! İki dəfə Suslovun, Brejnevin yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə “Mosfilm”də N. Nərimanova həsr olunmuş dəyərli film çəkmişdi. Bizdən qabaq filmə Moskvada baxmışdılar və ermənilərin təsiri altında olan Mərkəzi Komitənin bəzi məsul işçiləri həmin filmi qadağan etmişdilər. Bir sözlə, filmi buraxmırdılar, nə yubiley keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. Mərkəzi Komitədə N.Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum. “Pravda” qəzetində N. Nərimanovun 100 illik yubileyinə həsr olunmuş böyük məqaləm getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə keçirtdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərimanov haqqında gözəl filmə də icazə aldıq... Təəssüf ki, Moskvada filmi müəyyən qədər ixtisar etdilər, adını da dəyişdirdilər. Əvvəl adı “Doktor Nərimanov” idi. N. Nərimanovun adı geniş yayılmasın deyə adını “Ulduzlar sönmür” qoydular. Onun ev-muzeyini yaratdıq. N. Nərimanovun yubileyinə hazırlıq dövründə biz Ulyanovsk vilayətinin rəhbərliyinə müraciət etdik. N. Nərimanov Leninin silahdaşı olduğu üçün onun xatirəsinin Leninin vətənində əbədiləşdirilməsi haqqında təklif verdik. Razılıq aldıq. 1979-cu ildə Ulyanovsk şəhərində N. Nərimanovun böyük abidəsi ucaldı. Şəhərin böyük bir prospektinə N. Nərimanovun adı verildi. Ulyanovska getdim, abidənin təntənəli açılışında iştirak etdim...".
Bu, böyük siyasətçinin-görkəmli dövlət xadiminin müsahibəsidir, Nəriman Nərimanov şəxsiyyətinə dəyəridir... Tariximiz öyrənməyən, oxumayan bəzilərinin Nəriman Nərimanov barədə danışdıqlarına və qarayaxma çıxışlarına ən tutarlı cavab deyilmi???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN