Balta ilə silahlanmış cinayətkar hasardan içəri tullanıb...

TEZADLAR.AZ BBC.com-a istinadən xəbər verir ki, Braziliyanın cənubundakı Blumenau şəhərində balta ilə silahlanmış şəxsin uşaq bağçasına girməsi nəticəsində azı 4 uşaq ölüb, 4 nəfər yaralanıb.

Hücum zamanı bağçada 40-a yaxın uşaq olub. Yaralıların aparıldığı yerli xəstəxanadan verilən məlumata görə, onların hamısı 3 yaşından kiçikdir.

Polisin məlumatına görə, hadisəni törədən şəxs uşaq bağçasının hasarından tullanıb və silahı ilə hər hansı fərq qoymadan içərifəkilərə zərbələr endirməyə başlayıb. Daha sonra özü polis bölməsinə gedib və orada həbs edilib.

Braziliya prezidenti Luia İnasiu Lula da Silva hücumu dəhşətli qəsd adlandırıb.

"Bir ailə üçün uşaq və ya nəvə itkisindən böyük ağrı yoxdur, xüsusən də əgər bu, günahsız və müdafiəsiz uşaqlara qarşı zorakılıq aktıdıırsa. Mən düşüncələrim və dualarımda bu faciə qurbanlarının ailələri ilə birgəyəm", - o,Twitter-də yazıb.

Blumenau şəhərinin yerləşdiyi Santa-Katarina ştatının qubernatoru Corcinyo Melu 3 günlük matəm elan edib. Dövlət məktəblərində bütün dərslər ləğv edilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN