...Ölkənin Qida Təhlükəsizliyi Agentliyi dünən əhalimizə saxta, zərərli, zəhərli, qida üçün yararsız kolbasa məhsulları sırıyan şirkətlərin iç üzünü açıb tökdü... Bəli, mütəxəssislər, həkimlər də təsdiq edir kiş son 25-30 ildə artan sağalmaz xəstəliklərin əsas mənbəyi zərərli qidalardır. Təkcə kolbasa məhsulları və saxta sular istehsalı deyil, həm də saxta yağların əhaliyə keyfiyyətli, əla dada malik kərə yağı kimi reklam edilərək sırıdılması yolverilməzdir, cinayətdir.
Sosial platforma istifadəçisi Qəzənfər Hüseynov yağlarla bağlı olduqca maraqlı status paylaşıb. Sitat: "İndiki dövrdə xəstəliklər əsasən stresdən və saxta üsulla emal edilən qidalardan yaranır. Başqa saxta qidalar bir tərəfə, nümunə üçün kərə yağı adı ilə satılan ərzaq haqda sizə bilgi vermək istəyirəm. Kiçik bir hesabata baxın, görək marketlərdən aldığımız həqiqətən təbii süddən emal edilmiş kərə yağıdırmı? Dünya bazarında təbii südün 1 litri 1 $-dır, 3,6% yağlılığı olan 23 litr süddən 1 kq. yağ emal edildiyini nəzərə alsaq, yağın 1 kq. maya dəyərində südün xüsusi çəkisi 23 $ olacaq, digər xərclər və istehsalçı şirkətin mənfəətini də nəzərə alanda belə çıxır ki, məsələn, əsl Avstraliya yağı 30 $ (~50 man.) satılmalıdır. Azərbaycan üzrə südün litri orta hesabla 0.70 man. olduğunu nəzərə alanda 1 kq. yağda südün xüsusi çəkisi ~16 man. təşkil edəcək, əlavə xərclər 5 man, cəmi 21 manat. Onu da nəzərə alaq ki, 23 litr süddən 1 kq. yağ emal ediləndə yerdə 22 kq. tam üzsüz süd qalır, ondan da şor düzəltmək olar. Ona görə də 21 - 2 manatlıq şor = 19 man. Topdansatışçı maklerlər də ən azı hərəsi 10% əlavə edəndə Azərbaycan istehsalı yağın 1 kq. ~ 23 manat olmalıdır. Bəs Azərbaycanda yağı necə düzəldirlər? Obrat dediyimiz tam üzsüz südə qomogenazator deyilən aparatda heyvani yağlar qarışdırılır. Aparat vakkum şəraitində həmin yağı obratla qarışdırıb "süd" edir. Həmin südün maya dəyəri təxminən 0,20-0,30 man. təşkil edir. Beləliklə 7-8 manata satılmalı olan bu yağ xarici marka adı altında 19-20 manata satılır. Özünüzü həm stresdən, həm də saxta qidalardan qoruyun!
Mən özümüz üçün ancaq Ağcabədi rayonu həndəvərində məskunlaşan laçınlıların kustar üsulla hazırladıqları kərə yağı alıram. Əvvəllər Naxçıvandan gətirilən brınza pendiri alardım, indi əlim çatmadığı üçün pendiri də oradan alıram. Bəlkə də dünyada Naxçıvan pendiri kimi dadlı pendir yoxdur, çünki orada inək südü camış südü kimi çox yağlıdır. Bizdə pendirlərin çox böyük əksəriyyəti də kərə yağı kimi saxta üsulla hazırlanır. Mən süd emalı üzrə yüksək ixtisaslı mütəxəssis olmasam da bu sahədə elementar məsələlərdən xəbərdaram. Məsləhət edirəm ki, özümüzü saxta ərzaqlardan qoruyaq!"
Bəli, saxta ərzaq sağlamlığın düşmənidir! Amma ən böyük düşmən isə həmin saxta ərzağı süfrələrimizə gətirənlərdir!
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN