Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyini bir neçə gün ərzində öz qərarını 180 dərəcə dəyişməyə nə vadar edib?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə gün əvvəl Azərbaycanın kolbasa istehlakçılarını və kolbasa və sosiska istehsalçılarını şoka salan məlumat yaydı. Məlum olurdu ki, Azərbaycan TV-lərinin bir sıra pullu reklamlarının əsas sponsorlarından olan 9 kolbasa və sosiska istehsalçıları əhalimizə kələk gəlir, istehsal etdikləri məhsullara əl velə vurmaq olmaz, insan orqanizmi üçün təhlükəlidir və s.

Və hətta AQTA insanları həyəcana gətirən bir rəsmi məlumatında isə görün nə yazır: «Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır. Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək…».

kolbasa

AQTA bununla da kifayətlənmir: «…Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!»

Bu SOS siqnalından sonra kim məlumatda və AQTA-nın təqdim etdiyi şirkətlərin kolbasa və sosiska məhsullarını alar??? Və təsəvvür edin, hər gün TV-lərdə reklamı gedən şirkətlərin məhsullarını və həmin şirkətləri nə gözləyir?

 ***

Bəli, AQTA rəsmi dövlət qurumudur və hamı bu qurumun məlumatına inanmalıdır. Biz də media olaraq inandıq. Amma dünən aprelin 11-də kiçik bir araşdırma apararkən inanılmaz faktlarla rastlaşdıq. Budur, AQTA-nın təqdim etdiyi siyahıda adı çəkilən istehsalçılardan biri-«Səhliyalı» kiçik müəssisəsinin istehsalı olan məhsulların üzərindən görün hansı qara xətt çəkilir… AQTA məlumatında yazır: «Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz".

Bu da həmin cədvəldə adı «qara siyahı»da keçən «Səhliyalı» Kiçik Müəssisəsi! Maraqlısı və bizi də şoka salan budur ki, AQTA özünün cəza cədvəlinə aprelin 6-da yazdığı məlumatları xəlvətcə düzəliş edərək əl gəzdirir, amma istehlakçıların xəbəri olmur. O istehlakçıların ki, AQTA bir neçə gün əvvəl xəbərdarlıq etmişdi ki, bu şirkətlərin kolbasa və sosiskalarını almayın. Təsəvvür edirsinizmi, AQTA əhaliyə çağırış edərək ciddi şəkildə xəbərdarlıq edir ki, «…satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməyin!».

İndi gəlirik AQTA-nın /"Səhliyalı" Kiçik Müəssisəsinin kolbasa məhsulları barədə aprelin 6-da bəyan etdiyi qərarına (Maraqlıdır ki, bu şirkətin adı mənfi qərarda iki dəfə keçir, amma…). AQTA «/Səhliyalı" Kiçik Müəssisəsinin "Səhliyalı" yarım hisə verilmiş "Servelat" kolbasası barədə 10.02.2023-dəki laborator analizi barədə yazır: «Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb».

Dünən isə biz aşkar etdik ki, həmin cədvəldə indi də belə yazılıb: «Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb». Yəni, burada elə də təhlükəli bir hal yoxdur, mal əvəzinə toyuq çıxıb. Burada sadəcə, alıcını əməllicə aldatma var. Halbuki AQTA bu faktı aktlaşdırıb dərhal Prokurorluq orqanlarına göndərməli idi. Amma göndərmir. Səbəbini indi biləcəksiniz.

Budur, AQTA "Səhliyalı" Kiçik Müəssisəsinin  "Halal 5+" əmtəə nişanlı "Sacüstü" halal sosiskasından 04.02.2023-də laborator analizi verir və nəticədə əhaliyə 6 aprel tarixli rəsmi açıqlamasında yazır ki, «Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb». Diqqət edin: AQTA sonradan əhaliyə aydınlıq gətirib açıqlama vermədən xəlvətcə həmin cədvəlində (cərimə siyahısında) düzəliş edir. Bu dəfə isə görün xəlvəti düzəlişdə nə yazılır: «Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb».

İndi inanıb etibar etdiyimiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar  Təhməzliyə sual verməli oluruq: necə olur ki, əvvəlki cərimə cədvəlinizdə(siyahınızda) söhbət mal ətindən getdiyi halda, üstəlik, istehlakçılara  bu sosiskadan yeməməyi xəbərdar etdiyiniz halda, sonradan heç kimə xəbər vermədən məlumata düzəliş edirsiniz ki, «Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb»???

Bax belə…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN