Yaxud, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki cənab Rəşid Piriyevin diqqətinə…

 Hörmətli Rəşid müəllim!

Diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, Bakı şəhərində nəqliyyatın, eləcə də sürücü və sərnişinlərin hərəkətinə yaradılmış məlum tıxac, eləcə də digər narahatlıqlara səbrlə dözən, yeri gəldikcə yol polisi əməkdaşlarına hərəkət iştirakçılarının rahatlığına xidmət edən təkliflər verən jurnalistlərdəndənm. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəhbərliyi də xatırlayar ki, məsələn, Xətai rayon Prokurorluğunun qarşısındakı küçəyə hər iki istiqamətdə «Hərəkət qadağandır» nişanının qoyulmasının məntiqə uyğun olmaması, eləcə də paytaxtın Bülbül və Zərifə Əliyeva küçələrinin kəsişməsində («Azneft» dairəsi istiqamətində) yolun sol zolağı üzərinə yalnız sola dönmə işarəsinin əsassız qoyulması məhz mənim təklifimdən sonra həllini tapıb (mənim təklifimdən sonra sola və düz istiqamətdə hərəkətə icazə verən yolüstü işarə qoyuldu, çünki ddüz hərəkət zamanı Bülbül küçəsində işıqforın qırmızı işığı yananda heç bir hərəkət iştirakçısına maneçilik törədilmirdi). Onu da qeyd edim ki, media olaraq həmişə paytaxtın yol polisinin bütün müsbət fəaliyyətini həmişə təqdir etmişik və s. Təbii ki, biz həm də ortaya çıxan problem və nöqsanlara da həllini tapması niyyəti ilə toxunmuşuq, ictimailəşdirmişik.

Aşağıda bəhs etdiyim məsələ isə fərdi xarakterli olsa da, düşünürəm ki, həm də ictimai əhəmiyyət daşıdığından Sizin müdaxilənizə ciddi zərurət var.

Çünki bəhs edəcəyim problemin ağrısını bəlkə də hər gün yüzlərlə sürücü maddi ziyanı ilə qarşılayır.

Hörmətli cənab Polkovnik!

Aprelin 13-də, təxminən səhər saat 09:30 radələrində metronun «Elmlər Akademiyası» stansiyasının çıxışının olduğu B.Vahabzadə küçəsindəki foto-atelyedən "Heydər Əliyev-100" yubileyi çərçivəsində Ulu Öndərin portretini götürməli oldum. Qeyd edilən foto-atelyeyə daxil olmaq üçün idarə etdiyim avtomobillə hərəkət edərək yolun sol hissəsində- BDU istiqamətində  "Dayanmaq qadağandır-150" yol nişanının qoyulduğunu bildiyimdən, məsafənin 150 metrliyini təxmin edərək avtomobilimi Əmlak Komitəsinin tabeliyində olan Reyestr Xidmətinin darvazasının yanında saxladım. Foto-atelyeyə daxil olub təxminən bir neçə dəqiqədən sonra geri qayıtdım. Avtomobildə redaksiya əməkdaşlarından biri olduğundan, o, arxa qapını açıq qoyaraq məni gözləməli oldu. Şübhəsiz ki, avtomobilin qapısının açıq olduğunu sonradan mənə cərimə SMS-i göndərən operator-kamera da görürdü. Bu isə o demək idi ki, mən avtomobili saxlayıb harasa getmirəm, qayıtmağım da bir neçə dəqiqə çəkmişdir.

Redaksiyaya çatanda SMS-Radar-dan mesaj gəldi  ki, 20 manat cərimə edilmişəm.

Hörmətli Rəşid müəllim! Sürücülərə yaradılansüni  maneələri, tıxacları görməyən hörmətli kamera arxasında dayanan operator, izah edə bilərmi ki, sürücülər 150 metrin hara qədər olduğunu nədən bilməlidir??? Bəlkə sürücülər özündə 150 metrlik ip gəzdirib ölçməlidir ki, 150 metr harada qurtarır? Hər gün orda yüzlərlə maşın dayanır. Onları 1, 2 metr gözəyarı məsafəyə görə cərimələmək nə dərəcədə doğrudur və büdcəsi sosial yönümlü olan Dövlətimizdə bu hərəkət və cəza tətbiqləri nə dərəcədə ədalətlidir? Axı ə\vvəlcə sürücü həmin 150 metrlik qadağa nişanının təsir dairəsinin harada bitdiyini bilməlidir, sonra ondan niyə bu nişana hörmətsizliyinin səbəbini soruşmaq gərəkdir. Axı bu sürücülər Ermənistanın deyil, Azərbaycanın vətəndaşlarıdır. Lazım olanda məhz onların özləri və övladları bu Vətənin sərhədlərini qorumaq üçün müharibəyə getdi, Ali Baş Komandanın əsgəri oldular. İndi onları yarım metr-1 metr qadağa nişanının bilinməyən sərhədinə görə cərimələmək hansı məntiqə və humanizmə uyğun gəlir???

İndi mənim günahım nədir ki, Ulu Öndərin portretinə görə bir neçə dəqiqəlik avtomobilimi, özü də qapısı açıq şəkildə qoyub gedən kimi cərimə ödəməli oluram?

Mən təşəkkür edirəm ki, bu barədə sosial şəbəkə səhifəmdə kiçik bir məlumat paylaşandan sonra  Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev mənimlə telefon əlaqəsi saxladı, rəhbəri olduğunuz Bakı şəhər Dövlət Yol Polisi İdarəsində olmağımı söylədi. Mən bu gün Sizin idarədə, 406-cı kabinetdə əyləşən Rüstəm Əhmədli ilə görüşdüm. Kabinetdəki digər əməkdaşlarla da məsələni aydınlaşdırdım. Cənab Əhmədli mənə «cərimə yazdıran» nişanın mahiyyətini izah etməyə çalışdı, lakin o, nişanın təsir dairəsinin hansı ərazidə bitdiyini deyə bilmədi(həmkarları da mənim bu barədə verdiyim sualı dəstəklədilər). Sualım isə bu idi ki, aşağıda şəkildə təqdim olunan «Dayanma-durma qadağandır-150m.» yol nişanının B.Vahabzadə küçəsindəki təsir dairəsi harada bitir? Cənab Əhmədli bu suala cavab verə bilmədiyindən mən bu gün təkrarən həmin küçədə oldum, avtomobilimin spidometrini qoşaraq 150 metrin haraya qədər olduğunu aydınlaşdırdım. Məlum oldu ki, mən avtomobilimi təxminən 153-cü metrdə saxlamışam.

Sizə həmin yol nişanının təsir dairəsi deyilən ərazidəki mövcud vəziyyəti ifadə edən foto və video faktları təqdim edirəm. İnanıram ki, bu məsələni incəliyinədək araşıdırılıb tədbir görülməsinə sərəncam verəcəksiniz. Söhbət 2 manat güzəti olan 20 manatlıq cərimə sanksiyasından da getmir, amma orada hər gün yüzlərlə sürücü bu cür əsassız halların cərimə ödəyicisinə çevrilir.

Hörmətlə,

«Təzadlar» qəzetinin Baş redaktoru,

Avropa Mətbuat Federasiyasının üzvü,

Trtajans İdarə Heyətinin sədr müavini,

Türk Dünyası Jurnalistlər Birliyinin üzvü,

Türkiyənin Anadoluyakasihaber.com və

 ilkhavadis.com  saytlarının köşə yazarı

radar

r-1

r-2

r-3

r-4

r-5

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN