“Yaşat” Fonduna müraciət çoxdur və kütləvi imtinalar edir ki, bu da haqlı narazılıqlara səbəb olur.

Bunu deputat Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı bildirib. 

Deputat bunun səbəbini Fondun pul vəsaitinin az olması ilə izah edib və bununla əlaqədar Neft Fondundan pul ayırmağı təklif edib.

"Səbəb “Yaşat” Fondunda vəasaitlərin az olmasıdır. Amma hələ də həm birinci, həm də ikinci Qarabağ müharibəsindən minlərlə müalicəyə ehtiyacı olanlar var. Hər gün qapımızı onlarla qazi və valideynləri döyür.

Təklif edirəm ki, Neft Fondundan hər il birdəfəlik vəsait “Yaşat” Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraaciət edirəm ki, Yaşat” Fonduna vəsait köçürməkdə davam etsinlər. Bununla bərabər yüzlərlə müharibə iştirakçısı müalicəsini davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də tam xəstə. Təyinatları da əlillik almaq üçün bəs etmir. Belə olan halda, bizlər dövlət qurumları ilə çətin suallarla üz-üzə qalmalı oluruq. Belə olduqda, müharibə iştirakçıları da onların qapılarını döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Qınamaq da olmur...", - deyə bildirib.

Razi Nurullayev müharibə iştirakçılarına 3 il müddətinə müəyyən vəsaitin ödənilməsini, həmçinin məsələ ilə bağlı MM-də dinləmələr keçirilməsini də təklif edib:

"Onların iş yerləri ilə təminatında ciddi problemləri olur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın?

Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara 3 il müddətinə müəyyən bir məbləğ ödənilsin. Doğrudan da taleyin ümidinə buraxılmış xeyli müharibə iştirakçısı var. Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın. Valideynləri varlı-hallı da deyillər ki, övladlarının xərclərini ödəsin. Tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumları bu məsələləri gözardına almasın.

Təklif edirəm ki, bu məsələ ilə bağlı dinləmə keçirək. Dinləyək, danışaq, müzakirə aparaq və müəyyən bir çıxış yollarını tapaq. Mənim onlara çox ürəyim ağrıyır. Bəlkə verilən təkliflər içərisində elə səmərəlisi olacaq  ki, həm biz, həm də hökumət bəyənəcək? Mən şəxsən o şəxslərin telefonlarına da cavab verməkdə çətinlik çəkirəm. Ümid edirəm ki, mənim bu təklifim dəyərləndiriləcək və bununla bağlı xüsusi bir dinləmə keçiriləcək”, - deyə Razi Nurullayev bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN