...Xeyli müddətdir hər yerdə "Sellofan kisələrdən imtina edək, ekologiyamızı qoruyaq!" devizi altında əhalimizə çağırış edilir...

Amma və lakin... Şəkildə təqdim edilən ərazi Bakının "Beton yol" deyilən ərazisinin Hövsan-Qala yoludur. "Təzadlar"ın əməkdaşları daxil olan oxucu sorğusu əsasında deyilən ərazidə olub. Gördüyünüz mənzərə ürək ağrıdandır, nəticə çıxarılasıdır. Bu barədə geniş yazı hazırlanır. Hələlik qısaca deyək ki, "Beton yol"un Aeroporta donən yolundan sağa-düz Qala və ya Türkan qəsəbələri istiqamətinə gedəndə təxminən 800 metrlik məsafədə, qızıl gül yetişdirilən istixanaya çatan ərazilərdə, yolun sağ və sol hissələri sellofan "torba"ların sərgisi təəssüratını yaradır. Yolun solundakı süni salınmış-adsız qəsəbə sakinlərinin burada vaxtilə olmuş daş karxanasının yerini zibilxana poliqonuna çevirməsi sayəsində külək sellofan "kulok"ları magistral yolun dəmir arakəsmələrinədək gətirib, sürücülərə ciddi təhlükə yaradıb, qalan hissəsini isə çöllərə səpələyib...

 Güman ki, ərazi Suraxanı rayonuna aiddir, doğrudanmı bu ərazilər sahibsizdir, yiyəsi yoxdur?! Əhaliyə sellofan "torba"ları pulla satırlar ki, ekologiyamıza ziyan vurulmasın, bu ərazidə isə yüz hektarlarla ərazi sellofan kisələrin poliqonuna çevrilib.

Güman edirik, Suraxanı rayonunun aidiyyəti qurumları bu çağrışımıza səs verəcək və ən azı mənasız iməcilikləri məhz burada keçirməklə ərazi ekoloji biabırçılıqdan azad ediləcək.

Daha geniş foto-videolu reportaj təqdim olunacaq.

A.Məmmədli

3f346682-71e5-48ef-88e1-2ed4c345de7e

98f5341e-2677-4c79-b82f-6f9803a69f51

ca59baa9-3132-4196-add5-fedbe3757638

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN