Bu gün aprelin 17-də Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin daha əvvəl imzaladığı digər Sərəncamla isə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdi.

Məlumatlara görə yeni təyin edilmiş rəis - Mürsəl İbrahimov əvvəllər 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin, indiki Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. O, 2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Həmin dövrdə Mürsəl İbrahimov polkovnik rütbəsini daşıyıb.

Bu gün Prezidentin Sərəncamı ilə işdən azad edilmiş Arzu Rəhimov isə düz 11 il  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifəyə 2012-ci ildə təyin edilmişdi.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN