Alıb-aldatma və dələduzluq bir çoxları üçün artıq vərdişə çevrilib… İstehlakçıların aldadılması da bu qəbildən...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova daxil olan məktublarda da bu məzmunlu şikayətlər yetərincədir. «Təzadlar»a danışan Eyyub Hüseynov bu istiqamətdə apardıqları mübarizə formalarından danışdı. Bildirdi ki, bütün hallarda ən yaxşı mübarizə insanların maariflənməsidir…

***

Aşağıda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanlı məktublardan birini təqdim edirik. Nəticə çıxarmağa dəyər.

Şikayətçi yazır: «Hörmətli Eyyub müəllim!

Mən-Sumqayıt şəhər, 17-ci mkr, ev 82 ünvanında yaşayan Xatirə Bəşirova, Sizə bir məsələ ilə bağlı müraciət edirəm və bu problemin qanun çərçivəsində həllində mənə kömək etməyinizi xahiş edirəm. Belə ki, 09.04.2023-cü il tarixində instaqramda “garderob” səhifəsində bir paltar dəstini bəyəndim və səhifədə göstərilən nömrənin vatsapına yazaraq həmin dəstlə maraqlandım. Səhifəni idarə edən və telefona cavab verən Kəmalə adlı xanım (telefon: 0503020276) boyum və çəkimlə maraqlandı, mənə dəstin 50 ölcüsünün uyğun olacağını bildirdi. Kəmalə xanıma mağazalardan aldığım geyimlərin normalda 48 ölçü olduğunu bildirdim, o isə mənə 50 ölçünün yarayacağından əmin olduğunu dedi. Hər zaman internet üzərindən alışın risk oldüğünü düşündüyümdən bu sifarişin ilk olduğunu və geyimin uyğunluğunu yoxlamaq üçün kuryerin bir neçə dəqiqə gözləməsini xahiş etdim. Lakin Kəmalə xanım bunun mümkünsüzlüyünü və buna heç ehtiyac olmadığını dedi, əmin idi ki, geyim uyğun olacaq. 10.04.2023-cü il tarixində, saat 16.02-də kuryer (telefon: 0993430080) mənə zəng edərək ünvanı dəqiqləşdirdi və təxminən 3 dəqiqə  sonra geyimi mənim işlədiyim ofisə gətirdi və mən kuryerə nağd şəkildə 60 AZN ( 55 AZN geyimə görə+5 AZN kuyer haqqı) ödəniş edib əvəzində heç bir çek verilmədən geyimi təhvil aldım. Geyimi həmən yoxladım və mənə uyğun gəlmədi. Elə həmin vaxt, yəni saat 16.10-da Kəmalə xanıma vatsap üzərindən geyimin uyğun gəlmədiyini bildirdim. Kəmalə xanım böyük ölçü ilə maraqlanacağını bildirdi. 11.04.2023-cü il tarixində mən Kəmalə xanıma yazıb geyimin ölcüsü ilə maraqlandım, mənə ölçünün olmadığını bildirdi. Kəmalə xanımdan ölcüsü uyğun olmayan geyimi qaytarmasını istədim, o isə mənə qaytarılma olmadığını bildirdi. Nəhayət,  14.04.2023-cü il tarixində Kəmalə xanıma zəng etdim və mənə uyğun olmayan məhsulu qaytarmaq hüququmun olduğunu bildirdim, o isə mənə onun üçün belə qanunun olmadığını, kimə və hara istəyirəm şikayət edə biləcəyimi söylədi. 

Hörmətli Eyyub müəllim, xahiş edirəm, dövlət qanunlarının heçə sayılaraq pozulmasının qarşısının alınmasında, ölkə vətəndaşı olaraq istehlakçı hüququmun qorunmasında, aldığım geyimin qaytarılaraq ödədiyim 60 AZN pulun mənə geri qaytarılmasında köməklik edəsiniz. Sizdən xahiş edirəm, onlayn ticarətdə baş verən bu kimi qanunsuzluqlar barədə müvafiq dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə vətəndaşların aldadılmaması və istehlakçı hüquqlarının pozulmaması üçün məlumat verəsiniz». 

«Təzadlar»dan: Xatırladırıq ki, istehlakçıların bütün hüquqları «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunda öz əksini tapıb. Hansı bu qanunun fəlsəfəsi belədir: «Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir».

Beləliklə, hüquqları pozulmuş istehlakçı bu qanunda nəzərdə tutulmuş addımları ata bilər və haqqını tələb etməkdə tam haqlıdır. Sadəcə, pozulmuş hüququn forma və məzmunu öyrənilməlidir.

Təqdim etdi: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN