BMT Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə Nyu-Yorkda keçirilən “BMT Nizamnaməsinin prinsiplərinin qorunması vasitəsilə səmərəli çoxtərəflilik” mövzusunda keçirilən iclasında xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibənin səbəbləri ilə bağlı mübahisələrə yol açan fikirlər səsləndirib. O, deyib ki, məcburi “xüsusi hərbi əməliyyat”ın səbəbi NATO-dan gələn təhdid olub ki, bu da Rusiyanı qorumaq və hüquqlarından məhrum edilmiş insanların müdafiəsi zərurətinə çevrilib. Lakin o, hansı hüquqlardan danışdığını dəqiqləşdirməyib. Sitat: “Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərini aydın şəkildə izah edib: NATO ölkələrinin birbaşa sərhədlərimizdə təhlükəsizliyimizə yaratdığı təhdidləri aradan qaldırmaq, hüquqlarından məhrum edilmiş insanları qorumaq. Biz nəyin və kimin uğrunda mübarizə apardığımızı səmimi şəkildə deyirik”.

Lavrovun bu çıxışı ciddi müzakirələrə yol açıb. Belə çıxır ki, Rusiya özünü NATO qorxusundan müdafiə etmək NATO ilə deyil, Ukrayna ilə müharibəyə girişib, açığını Baydendən deyil, Zelinskidən çıxmaq qərarını verib... Və nazirin bu çıxışını qeyri-ciddi mövqe kimi sərt tənqid edənlər durmadan artır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN